


DECORMALL haqqında
Qədim zamanlarda belə insanlar öz evlərinin harmoniyası və rahatlığı üçün çalışmışlar. Misal kimi qədim romalılar öz evlərini mozaika ilə bəzəyib boyamışlar.. Qədim yunanların isə divarlarından kilim və rəsimlər heç düşməmişdir.
Bu qədimdən gələn ənənəni davam etdirmək üçün 2013 - çü ildə hobbisi dekorasiya, işi dizayn və reklam olan gənc (və professional) bir komanda ilə işə başladıq.
Bilirik, sizdə hər kəs kimi klassik, solğun, sıxıcı standart divar kağızı və emulsiyadan ibarət olan divarlarınızdan canınızı qurtarmağa bir çarə axtarırsınız və sizin də müasir, kreativ, dekorativ stilinizi əks etdirən, zövqünüzü tamamlayan xarici və yerli peşəkar dizaynerlər tərəfindən hazırlanan divar dekorasiyalarına ehtiyacınız vardır. Bu dekorasiyalar isə
Avropa keyfiyyəti ilə bir araya gəldikdə, evinizə olan sevginin artması ilə birlikdə interyerinizdə yeni bir atmosfer yaratmış olacaqsınız. Salonunuzda bir az çiçək qoxusu istəmiş ola bilərsiniz, yaxud da ağlınızdakı fantaziyaları canlandıra biləcək bir şeylər, ya da Amazon çəngəlliklərinin, vəhşi safari təbiətinin vahiməli üzvləri evinizə gətirmək imkanı, ofisiniz üçün creativ, yaradıcı təsvirlər, bu həmdə uşağınızın otağı üçün əyləncəli cizgi filmi qəhrəmanlarının yerləşdiyi bir fon da ola bilər Yüzlərcə çeşitdə stiker, tablo və ya dekorativ yastıqlardan biri mütləq sizin üçün yaradılmış ola bilər.
Evləriniz və ofislərinizin interyeri üçün nəzərdə tutulmuş gözəl və eksklüziv DECORMALL dekorları qısa müddət ərzində böyük xərclər etmədən sizin interyerinizdə çox böyük dəyişikliklər edəcək. Sizlərin məmnuniyyəti isə bizim zəmanətimiz altındadır.


