Tez - tez verilən suallara cavab
- DECORMALL məhsulları yerli istehsaldırmı?
Bəli bütün məhsullar yerli istehsaldır.
- Məhsullarınız xarici mühitə(məkana) uyğundurmu?
Məhsullarımız interyeriniz (daxili mühitin) bəzədilm əsi üçün nəzərdə tutulub.
- Saytda yerləşdirilən bütün məhsullar hal-hazırda stoklarınızda varmı?
Saytda yerləşdirilən bütün məhsullar sifariş üzərinə hazırlanır. Yəni, stoklarımızda mövcud deyil.
Divar Stikerləri
- Divar Stikeri nədir?
Divar Stikeri yeni bir dekorasiya anlayışıdır. Çox qısa bir müddətdə hər hansı bir yapışqan və ya qarışıq istifadə edilmədən və heç yorulmadan interyerinizin bəzədilməsində istifadə edilə bilər.
Bir-birindən fərqli modellərimiz ilə seçimləriniz sərhədsizdir. Evinizin, iş yerinizin ağlınıza gələn istənilən məkanın görünüşünü çox böyük xərclər sərf etmədən dəyişmək indi çox asan.
- Divar Stikeri hansı səthlərdə istifadə edilə bilər?
Divar, divar kağızı, şüşə, güzgü, mebel, məişət texnikası, sərt döşəmələr, tavan, alçipan, taxta və daha bizim ağlımıza gəlməyən, sizin kəşf edə biləcəyiniz istənilən hamar səthlər.
- Divar Stikerini tətbiq etmək çətindirmi? Necə edirlər?
Son dərəcə asan və yorucu olmayan tətbiq edilmə üsulu vardır. Stikerin arxasındakı ağ kağız qatını ayırınca, stiker şəffaf montaj qatının üzərində qalacaq. Üzərində stiker olan montaj qatını ehtiyatla əvvəlcədən planlaşdırdığınız hamar səthə yapışdırın. Bir parça ilə arada qalan hava dənəciklərini basaraq yox etməyə calışın. Bundan sonra montaj qatını stikerdən ayırıb çıxarın. Video Təlimat >>

- Texniki xüsusiyyətləri nədir?
Divar stikeri plastik xəlitəli özündən yapışqanlı alma keyfiyyətli vinildən düzəldilir. Plastik xüsusiyyəti sayəsində daha çox yüksək dayanıqlıdır, qabarma, ayrılma etməz. Daxili mühitdə (interyerdə) sonsuz zəmanəti vardır. Yapışdırılması məsləhət görülməyən yerlər sadəcə girintili-cıxıntılı səthlər və özündən istilik ayıran səthlərdir.
- Divar Stikerini necə çıxarda bilərəm? Təkrar istifadəsi mümkünmü?
Çıxarmaq üçün hər hansı bir xüsusi alətə gərək yoxdur. Əlinizlə tutub rahatca ayıra bilərsiniz. Məhsullarımız plastik xəlitəli olduğu üçün çıxararkən deformasiyaya uğrayır və forması itir. Beləcə, təkrar istifadəsi mümkün deyil.
- Divar Stikerləri hazır olaraqmı gəlir yaxud biz kəsib yapışdırmalıyıq?
Divar stikerləri istifadəyə hazır şəkildə ünvanınıza çatdırılır.
Əgər divarınızda keyfiyyətsiz alçı və boya məhsullarından istifadə edilibsə zərər vermə ehtimalı vardır. Divarınızın keyfiyyətinə güvənmirsinizsə çıxararkən bir fen ilə stikeri yumşalda, daha sonra çıxara bilərsiz.
- Çıxararkən divarıma zərər verə bilərmi?

Tablolar
- Kətan Tablo nədir?
Kətan tablo - xüsusi olaraq istehsal edilmiş 400gr kətan üzərinə püskürtmə sistemi ilə çap olunmuş və qurudulmuş taxta şassi çərcivə üzərinə gərilərək tablo halına gətirilmiş dekorativ məhsuldur.
Tablolarda 400gr qalınlıqda 100% pambıq astarlı kətan parça istifadə edilməkdədir. Tərkibində sağlamlığa zərərli heç bir maddə yoxdur, qoxu vermez.
- İstifadə etdiyiniz kətanın özəlliyi nədir?
- İstifadə etdiyiniz taxta şassi çərcivənin özəlliyi nədir?
Tablolarda xüsusi olaraq qurudulmuş ağacdan istehsal edilmiş taxta şassi çərcivələrdən istifadə edilir. Beləliklə çərcivə zamanla əyilməz və ya çatlamaz. Hər şəraitdə illərcə sizə qulluq etmiş olur. Kətan çap çərcivə üzərinə gərilərək arxadan çaxma sistemi ilə tablo halına gətirilir. Beləcə, xaricdən çərcivənin görünüşü kətan çap ilə örtülür və tablonuz modern və dekorativ bir görünüş əldə etmiş olur.
- Tabloları divara necə asa bilərəm?
Tablolar yüngül taxta şassi sayəsində asan asılabilən, istifadəyə hazır məhsullardır. Tablolarınızı ölçüsünə uyğun olaraq bir və ya iki mismar ilə asanlıqla asa bilərsiniz.
- Hissəli (parçalı) tablo nədir?
Hissəli tablo, yan yana asıldıqda bütövlük yaradan, tək bir şəklin fərqli tablo hissələrinə ayrılmış halıdır.


